Liverpul FK

Liverpul FK
Loqonun şəkli
Klubun tam adı Liverpul Futbol Klubu
(ing. Liverpool Football Club)
Ölkə
Ləqəb(lər) Qırmızılar
Rəng(lər) Qırmızı-Ağ
Yaranma tarixi 1892[1]
Stadionu Enfild
Tutumu 53,394[2]
Prezidenti ABŞ Tom Verner
Baş məşqçisi Almaniya Yurgen Klopp
Liqa İngiltərə Premyer Liqası
2022-2023 5
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Liverpul FK (ing. Liverpool Football Club) — İngiltərə Premyer Liqasında Liverpul şəhərini təmsil edən peşəkar futbol klubu (ləqəbi – Qırmızılar). Klub 6 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Avropa Liqasını, 4 dəfə UEFA Superkubokunu, 19 dəfə İngiltərə Premyer Liqasını, 8 dəfə İngiltərə Federasiya Kubokunu, rekord sayda - 9 dəfə İngiltərə Liqa Kubokunu və 15 dəfə İngiltərə Milli Futbol Superkubokunu qazanmışdır.

Klub 1892-ci ildə yaradılıb və növbəti il futbol liqasına qoşulmuşdur. Klub yaranandan bəri oyunlarını Enfild stadionunda keçirir. Liverpul 1970-1980-ci illərdə Uilyam Bil ŞenkliBob Peyslinin başçılığı altında həm İngiltərədə həm də Avropada ümumilikdə, 11 dəfə İngiltərə çempionluğunu və 7 dəfə Avropa miqyaslı kuboku qazanmaqla, özünü böyük bir güc olaraq qəbul etdirdi. Rafael Benitezin məşqçiliyi və Stiven Cerrardın kapitanlığı ilə Liverpul 2005-ci ildə matçın ilk hissəsində 0-3 hesabı ilə geridə olduğu "Milan"a qarşı oyunda geri dönüş edərək növbəti dəfə UEFA Çempionlar Liqasının qalibi oldu.

Liverpul 2016-17 mövsümündə 424.2 milyon funt sterlinq gəlirlə dünyanın ən çox gəlirli olan doqquzuncu klub olmuşdur və[3] 2018-ci ildə dünyanın səkkizinci ən gəlirli klubu olmuşdur ki, ümumi məbləğ 1.994 milyard $ dəyərində qiymətləndirilmişdir.[4] Komanda dünyanın ən çox tərəfdarı olan klublardan biridir.[5] Liverpulun "Everton" və "Mançester Yunayted" ilə uzun müddətdir davam edən rəqabəti mövcuddur.

Klubun azarkeşlərinin adı baş vermiş 2 böyük faciədə hallanır. Bunların birincisi 1985-ci ilde baş vermiş Heyzel faciəsidir. Belə ki, Liverpul azarkeşləri matçın gedişində digər sektora qaçaraq, tribunadakı sektorları ayıran divarı itələməsi nəticəsində 39 insan həyatını itirmişdir. Həyatını itirənlərin bir çoxu İtaliyanın "Yuventus" klubunun azarkeşləri idi. Bu hadisədən sonra İngiltərə klubları 5 illik müddətə bütün Avropa miqyaslı yarışlardan kənarlaşdırıldı. İkinci buna bənzər hadisə isə 1989-cu ildə baş vermiş Hillsboro faciəsidir ki, nəticədə 96 Liverpul azarkeşi həyatını itirmişdir. Klub 1964-cü ildən qırmızı köynək və ağ şortdan ibarət rəsmi formanı bütöv qırmızı rəngli formaya dəyişmişdir. Klubun himni isə You'll Never Walk Alone adlandırılır.

  1. "Happy birthday LFC? Not quite yet..." Liverpool F.C. 7 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2014. Liverpool F.C. was born on 3 June 1892. It was at John Houlding's house in Anfield Road that he and his closest friends left from Everton FC, formed a new club.
  2. Premier League. "Liverpool F.C. – Stadium". 28 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2023.
  3. "Deloitte Football Money League 2018". Deloitte. 23 January 2018. 20 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2018.
  4. Ozanian, Mike. "The World's Most Valuable Soccer Teams 2018". Forbes. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  5. "How Liverpool's worldwide fanbase will be tuning into events at Manchester United". Liverpool Echo. 11 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search